2024-ün ilk Günəş tutulması - İnsanlar bölgələrə axın edir
8 Aprel 2024 11:22 Dünya2024-cü ilin ilk Günəş tutulması bu gün baş verəcək. Təxminən 4 dəqiqə davam edəcəyi gözlənilən tutulma Şimali Amerika qitəsindən görünəcək.
Olaylar xəbər verir ki, ilin ilk tam Günəş tutulması aprelin 8-də ABŞ-nin 13 ştatında yüzlərlə şəhər və kiçik qəsəbədən görünəcək. Tutulma Meksika, ABŞ və Kanadanın bəzi hissələri boyunca təxminən 186 kilometr enində bir cığırla keçəcək.
Ayın Yerlə Günəş arasından keçdiyi zaman baş verən Günəş tutulmasını təkcə ABŞ-nin 13 ştatında yüzlərlə şəhər və kiçik qəsəbədən müşahidə etmək olar. Günəş tutulmasına şahid olmaq istəyən bir çox insan tutulmanın göründüyü bölgələrə axın edir.
Bildirilir ki, ABŞ-də Günəş tutulmasının müşahidə ediləcəyi ştatlarda yaşayış yerləri rezervasiyası 90 faizi keçib. Ay tutulmasının təsiri bəzi bölgələrdə saniyələrlə, bəzi bölgələrdə isə 4 dəqiqədən çox davam edəcək.
Günəş şüalarına birbaşa baxmaq göz sağlamlığına zərər verə biləcəyi üçün tutulmanı müşahidə etmək üçün infraqırmızı və ultrabənövşəyi şüaları bloklayan sertifikatlı günəş tutulması eynəklərindən istifadə etmək tövsiyə olunur.


