Rusiyanın xarici işlər naziri Çinə rəsmi səfərə getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfərə gedib.

Olaylar.az xəbər verir ki, Rusiya xarici işlər naziri Pekindəki Şoudu hava limanına enib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl Pekində Lavrovun Çinin xarici işlər naziri Van İ ilə danışıqlar aparacağını bildirib.

Onun sözlərinə görə, nazirlər digər mövzularla yanaşı, Ukrayna və Asiya-Sakit okean regionunda vəziyyəti, ikitərəfli əməkdaşlıq və beynəlxalq arenada qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəklər. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31