Rusiyada ağır qəza - 2 ölü, 15-i yaralı
8 Aprel 2024 09:56 DünyaRusiyada avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi olub.
Olaylar bildirir ki, bu barədə TASS məlumat yayıb.
Ural-Muxanovo yolunun Samara vilayətindən keçən hissəsində "Scania" markalı avtobus aşıb.
Hadisə nəticəsində iki nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Nəqliyyat vasitəsində 66 nəfər olub.
Avtobus Qazaxıstan qeydiyyatında olub və ilkin məlumatlara görə, Nijni Novqorod istiqamətində Özbəkistan vətəndaşlarını aparırmış. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31