Zelenski Makronun Fransa qoşunlarının Ukraynaya göndərilməsi ideyasını bəyənib- ÖZƏL
6 Aprel 2024 22:34 DünyaOlaylar.az xəbər verir ki, Zelenski Makronun Fransa ordusunun Ukraynaya göndərilməsi ideyasını dəstəkləyib
Vladimir Zelenski Emmanuel Makronun Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün Fransa qoşunlarını Ukraynaya göndərmək ideyası ilə razılaşdığını bildirib.
"Mən Makronun fransız hərbçilərinin xalqımıza təlim keçmək üçün buraya gəlməsi təklifini dəstəklədim", - o, Ukrayna mediasına müsahibəsində deyib.
Ukrayna prezidenti əlavə edib ki, Kiyev üçün başqa ölkələri birbaşa hərbi əməliyyatlarda iştiraka dəvət etmək təhlükəlidir və bundan başqa, bu dövlətlərin əhalisi buna imkan verməyəcək və onların liderlərinə "təzyiq" edəcək.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron NATO qoşunlarının Ukraynaya göndərilməsinə icazə verərək, onun ölkəsinin Kiyevə yardım məsələsində "heç bir məhdudiyyət və ya qırmızı xəttin" olmadığını bildirib. Lakin Fransa liderinin mövqeyi alyansın qalan üzvləri arasında dəstək tapmayıb.