Ukrayna bu il 2 milyondan çox dron istehsal etməyi planlaşdırır - ÖZƏL

Ukrayna 2024-cü ildə 2 milyondan çox müxtəlif tipli dron istehsal edə biləcək.
Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye nazirinin müavini Anna Qvozdyar bildirib.
"Bu il biz 2 milyondan çox müxtəlif tipli dron istehsal etməyə hazırıq", - o, deyib.
O əlavə edib ki, Ukrayna süni intellekt texnologiyalarından istifadə edərək yeni tip pilotsuz təyyarələr hazırlayır. Qvozdyar əmin olduğunu bildirib ki, süni intellekt bu cür dronlara hətta əks tədbirlər şəraitində belə marşrutları idarə etməyə və hədəflərə çatmağa imkan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31