Medvedev NATO üzvü olan ölkələrin liderlərini konsert salonuna hücuma yardım etməkdə ittiham edir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa prezidenti Emmanuel Makron kimi NATO-ya üzv ölkələrin liderlərini Moskva yaxınlığındakı konsert salonunda terror aktının həyata keçirilməsinə yardım etməkdə ittiham edib.
Medvedev bildirib ki, NATO ölkələrinin yüksək vəzifəli şəxsləri Makron da daxil olmaqla, Crocus City Hall-a hücumda şərik kimi qəbul edilə bilər. Onun sözlərinə görə, bu qənaətə gəlmək üçün səbəblər Makronun ritorikası, hərəkətləri və əsasən banderist rejimlə gizli əməliyyatlara icazə verməsidir.
"Aydındır ki, Makron və bəzi digər Qərb liderləri bu dəhşətli terror aktının sponsorlarıdır", - deyə rəsmi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31