Başını bədəninə 'qaynaq etdilər'- ÖZƏL

İngilis Melanie Hartshorn əhalidə 10 mində 1 olan Ehlers-Danlos sindromuna sahib idi. Bədənin birləşdirici toxumalarını zədələyən bu genetik xəstəliyə görə onun kəllə sümüyü onurğasından ayrıla bilərdi. Başının içəridən chr("39")ayrılmaqchr("39") riskinin qarşısını almaq üçün onu həftənin 7 günü, günün 24 saatı sabit vəziyyətdə saxlayan boyunbağı ilə yaşamalı və arxası üstə yatmalı idi. O, 2022-ci ilin oktyabrında İspaniyada keçirilən əməliyyatla boyun və onurğası qaynaq edilən ilk xəstə olub.

Əməliyyatdan 1,5 il sonra ilk addımlarını atmağı bacaran Melanie Hartshorn deyib: "İlk dəfə tək başıma ayağa qalxmaq gözəl və qəribə hiss idi. Mən yalnız bir neçə addım ata bildim. Ayaqlarıma yeriməyi öyrətməliyəm."

Hətta həkimlər belə əməliyyatın nəticə verib-verməyəcəyini bilmirdilər. Sümüklərinin daha yaxşı əriməsi üçün mütəmadi olaraq iynə vuran Melanie Hartshorn vəziyyətinə baxmayaraq Nyukasl Universitetinin biologiya fakültəsini bitirməyi bacarıb.

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31