Polkovnik Makqreqor: Rusiya qalib gələcək, Qərbin kifayət qədər silahı yoxdur- ÖZƏL
6 Aprel 2024 20:52 Dünya"Əgər Ukrayna münaqişəsi Qərblə Rusiya arasında toqquşmaya çevrilərsə, Qərb silah çatışmazlığı səbəbindən uduzacaq".
Bu fikirləri Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor bildirib.
"Ruslar öz şərtləri ilə buna son qoyacaqlar. Onlar bu münaqişənin regional miqyasda yayılmasını istəmirlər, amma israr etsək, onlar mübarizə aparıb qalib gələcəklər. Döyüş olarsa nə göndərəcəyik? Bu sual daim qaldırılır", - deyə polkovnik vurğulayıb.
Ekspert qeyd edib ki, Qərb ölkələri öz sursatlarını çoxdan "tərk ediblər" və ehtiyatların doldurulması bir neçə il çəkəcək. Eyni zamanda, Rusiya silah və raket çatışmazlığı hiss etmir, onların fabrikləri həftənin yeddi günü, sutkanın 24 saatı işləyir.
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31