İranda 2 polis məmuru öldürüldü
6 Aprel 2024 15:49 DünyaBu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan rayonunda naməlum şəxslərlə polis arasında silahlı insident baş verib.
Olaylar xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Bildirilib ki, silahlı insident nəticəsində 2 polis məmuru ölüb və 1 nəfər yaralanıb.
Hadisə ilə əlaqədar əlavə məlumat verilməyib.
Xatırladaq ki, aprelin 4-də "Ceyş əl-Ədl" terror qruplaşmasının Sistan və Bəluçestan vilayətində polis məntəqələrinə hücumu nəticəsində 15 iranlı hərbçi və zabit, eləcə də, 18 terrorçu öldürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31