Ermənistanın keçmiş müdafiə nazir yeni partiya yaradıb

Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan "Ümumerməni cəbhəsi" adlı partiya təsis edib.

Olaylar bu barədə erməni KİV-ə istinadən xəbər verir.

Məlumata görə, yeni yaradılan partiya aprelin 5-də İrəvanda özünün təsisedici qurultayını keçirib.

Qurultayın yekunlarına görə, partiyanın sədri Arşak Karapetyan seçilib. Karapetyanın tövsiyəsi ilə partiyanın baş katibi Ovannes Şaginyan seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31