Türkiyədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb: xeyli sayda yaralı var

Türkiyənin Düzcə şəhərində sərnişin avtobusu işıq dirəyinə çırpılıb.

Olaylar bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, qəza yerinə polis, yanğınsöndürmə əməkdaşları və tibbi personal cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan 16 nəfər xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31