Məscidə hücum: 3 nəfər öldü

Əfqanıstanın qərbindəki Fərəh əyalətində məsciddən çıxan insanlara atəş açılması nəticəsində 3 nəfər həyatını itirib.

Olaylar.az xəbər verir ki, Poşt-e Kuh rayonunun Kotvali kəndindəki məsciddə təravih namazından sonra baş verən silahlı hücumda təcavüzkarlar məsciddən çıxan əfqanlara atəş açıb. Hücum nəticəsində 3 nəfər həyatını itirib.

Farah polis rəisi Əbdül Zahir Hadem hücum edənlərin tutulması üçün axtarışların davam etdiyini bildirib. (publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31