Ermənistanın səhiyyə naziri Antikorrupsiya Komitəsinə çağrılıb

Ermənistanın səhiyyə naziri Anait Avanesyan dindirilmək üçün Antikorrupsiya Komitəsinə çağrılıb.

Olaylar xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti yazıb.

Məlumata görə, səhiyyə naziri Ermənistanda qalmaqallı "koronavirus işi" üzrə dindirilib. Avanesyandan əvvəl Ermənistanın keçmiş səhiyyə naziri, hazırda hakim "Vətəndaş müqaviləsi" fraksiyasından deputat olan Arsen Torosyan da Antikorrupsiya Komitəsində dindirilib.

Qeyd olunub ki, Ermənistanda "koronavirus işi" üzrə 44 nəfərin, o cümlədən 25 tibb işçisinin adı keçir. Belə ki, söhbət Ermənistan Respublikasının dövlət bücəsindən "COVID-19" pandemiyası ilə mübarizə üçün ayrılan vəsaitin qanunsuz yolla mənimsənilməsindən gedir.

Xatırladaq ki, ötən il Ermənistan üzrə İrəvanın meri, keçmiş səhiyyə nazirinin müavini Qevorq Simonyan, "Medlayn" klinikasının rəhbəri və direktor müavini 2 ay müddətinə həbs olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31