Rusiyada su anbarı dağıldı: minlərlə ev su altında qaldı - VİDEO

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində su anbarı tamamilə dağılıb.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Aktübinsk su anbarından axan suyun da həcmi artıb.

Eyni zamanda Orenburqun yaxınlığındakı Çelyabinsk vilayətinin 4 rayonunda və Trotski şəhər dairəsində də daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31