Rusiyada su anbarında sızma - 3 nəfər öldü, 2 mindən çox ev su altında qalıb
6 Aprel 2024 12:00 DünyaRusiyanın Orenburq vilayətinin Orsk şəhərində su anbarının daşması nəticəsində 3 nəfər ölüb, 2400-dən artıq yaşayış evi və 3065 həyətyanı ərazi su altında qalıb.
Olaylar xəbər verir ki, bu barədə regional hökumətin mətbuat xidmətindən bildirilib.
Orsk şəhərinin meri Vasili Kozupitsa deyib ki, aprelin 6-da Ural çayının səviyyəsi normadan artıq qalxaraq 9,27 metr təşkil edib.
Məlumata görə, subasmaların 2 həftəyədək davam edəcəyi gözlənilir.
Vurğulanıb ki, Orenburqa martın sonunda leysan yağıb. Ona görə də aprelin 4-də bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31