İranda İŞİD üzvləri saxlanıb
6 Aprel 2024 10:31 Dünyaİranın şimalında yerləşən Əlborz vilayətinin Kərəc şəhərində İŞİD terror qruplaşmasının 11 üzvü saxlanılıb.
Olaylar-ın məlumatına görə, bunu İranın polisinin sözçüsü Səid Montəzir Əl-Mehdi deyib.
Onun sözlərinə görə, saxlanılan İŞİD üzvləri arasında terror qruplaşmasının əsas üzvlərindən olan "Rameş" ləqəbli Məhəmməd Zakir də var.
Polis rəsmisi bildirib ki, İran polisinin keçirdiyi iki ayrı-ayrı əməliyyatda terror qruplaşmasının üzvləri ələ keçiriliblər.
İranlı rəsmi terrorçuların Ramazan bayramında terror aktı törətmək niyyətində olduqlarını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31