Vərəmin hiper- ölümcül versiyası amerikalıları məhv edir- ÖZƏL
5 Aprel 2024 22:35 DünyaOlaylar.az xəbər verir ki, vərəmin təhlükəli bir versiyası ABŞ- ın 80% -ni ələ keçirib.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin hesabatında bildirilir ki, vərəmin hiper-öldürücü versiyası ölkədə aktiv şəkildə yayılmağa başlayıb və artıq bütün ərazinin 80%-ni əhatə edir.
Mütəxəssislər təşvişlə qeyd edirlər ki, halların sayı on illik statistik rəqəmləri ötüb. Epidemiya 50 ştatdan 40-a yayılaraq tibb ictimaiyyətində ciddi narahatlığa səbəb olub.
Həkimlər infeksiyanın Böyük Britaniyadan gələn miqrantlar, evsizlər və turistlər hesabına sürətlə yayıldığı qənaətindədirlər. Artıq Böyük Britaniya vətəndaşlarının dörddə biri bu təhlükəli infeksiyanın daşıyıcısıdır.
North Shore Hospitaldan doktor Brüs Hirş qeyd edib ki, vərəmin mutasiyaya uğramış forması təcrübəli həkimlərin çatışmazlığında dəstək tapır və bu, xəstəliyə qarşı mübarizəni çətinləşdirir. Amsterdam Universitetinin Tibb Mərkəzindən professor Frank Kobelens həmkarlarını xəstəliyin diaqnostikasının yeni üsullarını araşdırmağa çağıraraq, lazımi tədbirlər görülmədiyi təqdirdə dünyanı bürüyə biləcək ümumi böhran barədə xəbərdarlıq edib.