Terrorla bağlı 11-ci şəxs həbs edildi

Moskvanın Basmannı məhkəməsi "Crocus Hall"da terror aktı ilə bağlı iş üzrə 11-ci müttəhim Məhəmməd Zoir Şaripzodanı həbs edib.

Tacikistan vətəndaşı olan Şaripzoda terror aktı törətməkdə ittiham olunur.

Xatırladaq ki, martın 22-də axşam saatlarında "Crocus City Hall" binasında terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31