Gürcüstan Kəşfiyyat Xidmətinə yeni rəis təyin olundu
5 Aprel 2024 16:57 DünyaGürcüstan Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub.
Olaylar xəbər verir ki, Baş nazir İrakli Kobaxidze bununla əlaqədar sərəncam imzalayıb.
Sərəncama əsasən, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Beraya Kəşfiyyat Xidmətinin yeni rəisi təyin edilib.
İrakli Beraya bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyində və Dövlət Təhlükəsizliyi Xidmətində məsul vəzifələrdə çalışıb.
Qeyd edək ki, dünən Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri Şalva Lomidze vəzifəsindən azad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31