Türkiyədə İsrail kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən 2 nəfər həbs edilib

Türkiyədə İsrail kəşfiyyatı üçün casusluqda şübhəli bilinənlərə qarşı "Köstebek-3" əməliyyatı keçirilib.

Olaylar xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, əməliyyat çərçivəsində saxlanılan 8 şübhəlidən 2-si həbs olunub. Onların İsrail kəşfiyyatına məlumat ötürdükləri qeyd olunub.

Digər 6 nəfər barədə isə məhkəmə nəzarəti qərarı verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31