Fransanın Ermənistandakı səfiri: "Tehran da Paris kimi narahatdır"

Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi bildirib ki, rəsmi Paris İranın "Ermənistanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı narahatlığını bölüşür". Səfir bildirib ki, İran dəfələrlə Ermənistanın ərazi bütövlüyünə dəstəyini ifadə edib və Tehranın narahatlığını BMT-nin digər üzvləri də "bölüşməlidir".

- Faktiki olaraq, Ermənistana yanaşmada regiona kənar qüvvələrin gətirilməsini özünün "qırmızı xətti" elan etmiş İranla regiona gəlmək istəyən Fransanın mövqeyi eynidir.

- Vaxtilə Zəngilanda adi fermanı hansısa ölkənin "hərbi bazası" sayan İran indi sərhədində yerləşmiş Aİ-nin (faktiki olaraq NATO-nun) casus missiyasına niyə səssiz qalır?

- 5 aprel görüşününün regionda sülh və sabitliyə təhlükə olması ilə bağlı Rusiyanın ardınca Türkiyə də narahatlıq bildirir, İran bu məsələdə də susur.

- İran səsləndirdiyi "qırmızı xətlərə" özü riayət etmir. Fələstində 30 mindən çox insan həlak olub, amma İran ABŞ-la oyun quraraq proseslərdən kənar dayanıb, bunun müqabilində Vaşinqton sanksiya altında olan İranın neftlə bağlı maxinasiyalarına göz yumur.

- Cənubi Qafqazda baş verən proseslərdə də İran Fransa ilə sövdələşmiş kimi görünür.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31