Kiyev rəsmisi Ukraynanın "kritik an"a yaxınlaşdığını bildirib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, sursat çatışmazlığı və ABŞ-ın başqa bir hərbi yardım paketi ilə bağlı müzakirələri fonunda Ukrayna kritik məqama yaxınlaşır.

"Mən çox ümid edirəm ki, Ukrayna yardım paketi haqqında qanun layihəsi bu ay qəbul ediləcək, çünki Ukrayna kritik məqama yaxınlaşır" - o, deyib.

Yermakın sözlərinə görə, Ukrayna qüvvələri hələ də əlavə hava hücumundan müdafiə sistemlərinə və "Patriot" yer-hava raketlərinə ciddi ehtiyac duyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31