Rusiya Silahlı Qüvvələri terror aktının qarşısını alıblar

Rusiya hərbçiləri cümə günü gecə Krasnodar diyarının Yeyski rayonunda terror aktının qarşısını alıblar.

Olaylar-ın məlumatına görə, bu barədə rayon rəhbəri Roman Bublik öz "Telegram" kanalında bildirib.

"Rusiya Federasiyasının Silahlı Qüvvələri çevik və uzlaşdırılmış şəkildə işləyiblar, ərazimizdən xeyli aralıda rayonumuzun ərazisində terror aktına cəhdin qarşısı alınıb", - deyə R.Bublik yazıb.

O qeyd edib ki, Yeyski rayonunda dağıntı yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31