Tailandda göyərtəsində 97 turistin olduğu bərə yandı - FOTO

Tailandın Ko Tao (Ölüm) adası yaxınlığında 100-ə yaxın yerli və əcnəbi sərnişinləri daşıyan bərə yanıb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, gəmidə baş verən hadisə ilə bağlı xəbər aldıqdan sonra adadakı operatorlar və səlahiyyətlilər xilasedici qayıqları dənizə göndəriblər.

"İçərisində 97 sərnişin, 11 ekipaj üzvü və yük olan bərə çərşənbə günü gecə saat 23 radələrində Suratthanidən Tao adasına yola düşüb. Bərə Ko Tao limanına yaxınlaşarkən yanğın baş verib", - deyə məlumatda bildirilib.

Bütün sərnişinlər və ekipaj üzvləri xilas edilib, lakin onların bəzisi boğulma səbəbindən yüngül zədə alıb.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31