Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri işdən çıxarıldı
4 Aprel 2024 16:22 DünyaGürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri Şalva Lomidze vəzifəsindən azad edilib.
Olaylar.az APA-ya istinadən bildirir ki, müvafiq qərarı Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.
"Kəşfiyyat Xidməti haqqında Gürcüstan Qanununun 9-cu maddəsinin birinci bəndi əsasında general-mayor Şalva Lomidze Gürcüstanın Kəşfiyyat Xidmətinin rəisi vəzifəsindən azad edilsin", - baş nazirin sərəncamında qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31