Fransanın regionda hegemonluq etmək istəyi qəbul olunmayacaq-Zeynal Əmrəliyev- ÖZƏL
4 Aprel 2024 15:54 Dünya"Fransa ənənəvi siyasətindən əl çəkə bilmir. Daim Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir, ədalətsiz yanaşma ortaya qoyur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Fransanın mövqeyi əvvəldə, ATƏT-in Minsk Qrupunun həmsədri olduğu dövrdə də məlum idi. Lakin onda vasitəçilik edirdi deyə çoxda açıq mövqe bildirə bilmirdi. Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Fransanın da maskası cırıldı. Bu dövlət dünyanın ən böyük kolonist ölkələrindən olub. Onun Əlcəzairdən tutmuş Okeaniyaya qədər dünyanın demək olar ki, bütün məntəqələrində kooniyaları olub və orda insanlarla zülm edib. Əlcəzairdə törətdiyi soyqırım 20-ci əsrin ən böyük faciələrindən biridir. Belə bir ölkənin Azərbaycanı nədəsə ittiham etməsi sadəcə olaraq yumşaq desək, həyasızlığın pik nöqtəsidir. Fransa Xarici İşlər nazirinin dediyi sözlər tamamilə yalan, uydurma, iftira idi. Bir ölkənin baş diplomatını bu qədər yalanlar danışıb, hadisələri manipulyasiya etməyə vadar edən səbəb nədir? O da NATO-nun keçmiş baş katibi Andres foq Rasmussen kimi erməni pullarının həvəsinə düşüb? Fransa anlamalı, dərk etməlidir ki, onun bu regionda hegemonluq etmək istəməsi qəbul edilməyəcək və Azərbaycan bu vəziyyətlə barışmayacaq. Fransa ondansa özünün keçmişdə törətdiyi faciələri, indi müstəqillik tələb edən koloniyalarının vəziyyətini düşünməli, onlara qarşı bu aqressiv ritorikadan əl çəkməlidir. Bu ədalətsiz yanaşma Fransanı gözdən salır. Azərbaycan heç vaxt Parisin bu cür mövqeyi qarşında geri çəkilməyəcək. Bunu Makron və onun hökumətinin vəzifəli şəxsləri bilməlidir".