İrana hücum nəticəsində ölənlərin sayı artdı
4 Aprel 2024 11:46 Dünyaİranda Rask və Çabahar şəhərlərindəki polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 23-ə yüksəlib.
Olaylar.az xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyaləti qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti bildirib.
Onun sözlərinə görə, daha 10 polis əməkdaşı yaralanıb.
Bildirilib ki, hücumun məsuliyyətini "Ceyş əl-Adl" silahlı qruplaşması üzərinə götürüb.
İRNA-nın məlumatına görə, İnqilab keşikçiləri Qvardiyasının (Sepah) döyüşçüləri ilə qruplaşma üzvləri arasında 10 saatadək atışma olub.
Ölənlər arasında Çabahar polis idarə rəisinin müavini də var.
Silahlı qruplaşma isə Sepahın 200-ə yaxın hərbçisini öldürdüklərinə dair məlumat yayıblar. (oxu24.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31