NASA Floridada evə düşən sirli “kosmik obyekti” araşdırır
3 Aprel 2024 21:00 DünyaNASA Florida ştatında evə düşən naməlum obyekti araşdırmağa başlayıb. Ehtimallardan biri onun Beynəlxalq Kosmik Stansiyadan atılan zibil parçası olmasıdır.
Olaylar.az "Science Alert" saytına istinadən xəbər verir ki, martın 8-də günorta saatlarında göydən düşən naməlum cisim Alejandro Oteronun Florida ştatının Neapol şəhərindəki evinin damını dəlib.
Kosmik agentliyin açıqlamasına görə, NASA cismin mənşəyini müəyyənləşdirmək üçün onu Floridadakı Kennedi Kosmik Mərkəzində tədqiq edəcək. Dəqiq məlumat tədqiqat işləri başa çatdıqdan sonra əldə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31