Futbol yarışı zamanı insanları ildırım vurdu: Ölənlər və yaralananlar var

Yaponiyanın Miyadzaki şəhərində Sangyo-keyey Universitetinin ərazisinə ildırım düşməsi nəticəsində iki tələbə ölüb, 16 nəfər xəstəxanaya yerləşdirilib.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, hadisə təhsil müəssisəsinin stadionunda tələbələr arasında futbol yarışı keçirilən zaman baş verib.

"Hadisə yerinə gələn yanğınsöndürənlər zərərçəkənləri xəstəxanaya çatdırıblar, iki nəfərin ürəyi dayanıb", - deyə məlumatda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31