Türkiyədə iki erməni saxlanıldı - Səbəb

Türkiyənin Qars şəhərində iki erməniəsilli şəxsin ayaqqabılarından qaçaq qızıl külçələr tapılıb.

Olaylar xəbər verir ki, onlar polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Saxlanılan şəxslərin üzərindən ümumi çəkisi 1 kilo 51,71 qram olan qızıl külçələr tapılıb.

Külçələrin bazar qiymətinin 3,5 milyon lira (təqribən 159 min AZN) olduğu qeyd edilib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31