Rusiya Ukraynada növbəti hücuma hazırlaşır – TARİX AÇIQLANDI
3 Aprel 2024 13:21 DünyaRusiya yayın sonunda, bəlkə də daha tez Ukraynada böyük hücuma hazırlaşır.
Olaylar.az xəbər verir ki, bu haqda məlumatı "Politico" nəşri Ukraynanın yüksək rütbəli zabitlərinə istinadən yayıb.
Nəşrə danışan generallar bildiriblər ki, Rusiya böyük qüvvə toplayır və təxminən avqustda, bəlkə də ondan əvvəl böyük hücuma keçməyə hazır vəziyyətə gələcək.
Generallar hesab edir ki, Rusiyanı hücuma ruhlandıran Ukraynaya Qərbin yetəri qədər dəstək verməməsidir.
Ukraynanın artilleriya mərmilərinə ehtiyacı var. Ölkə çatışmazlığı Çexiyanın təklif etdiyi sursatla həll etmək istəyir. Amma Ukraynanın sadəcə sursata yox, həm də əsgərə ehtiyacı var. "Politico" yazır ki, əsgərə olan ehtiyac sursata olan ehtiyacdan az əhəmiyyət daşımır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31