Rusiya Yaponiya ilə birbaşa hava əlaqəsində maraqlıdır - ÖZƏL

Rusiya Yaponiya ilə birbaşa hava əlaqəsini bərpa etməkdə maraqlıdır, baxmayaraq ki, top Tokionun tərəfindədir.
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdrev deyib və əlavə edib ki, uçuşların olmamasının arxasında duran səbəblər siyasidir.
"Daimi hava əlaqəsi iki ölkə arasında normal münasibətlərin ayrılmaz xüsusiyyətlərindən biridir. Xüsusilə bu, həm vətəndaşlarımız, həm də tranzit dövlətlər üzərindən uçmalı olan diplomatik nümayəndəliklərin üzvləri üçün vacibdir. Həm Rusiya, həm də Yaponiya kommersiya aviadaşıyıcıları da var. Hazırda top Yaponiya hakimiyyətinin tərəfindədir", - diplomat əlavə edib.
"Tokionun təyyarələrin təmiri, texniki xidməti və ya sığortası ilə bağlı yarana biləcək çətinliklərə istinad etməsi yumşaq desək, reallığa tam uyğun gəlmir" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31