İndiki mərhələdə Yaponiya ilə sülh müqaviləsi müzakirə edilmir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrev bildirib ki, Yaponiya ilə mehriban qonşuluq və əməkdaşlığa dair kompleks sənədin müzakirəsi hazırkı mərhələdə Tokionun Moskvaya qarşı düşmənçilik siyasəti səbəbindən mümkün deyil.
"Yaponiya ilə ikitərəfli münasibətlərin soyuduğu indiki dövrdən əvvəl biz sülh, qonşuluq və əməkdaşlıq haqqında sazişdən danışırdıq", - diplomat belə bir sənədi sadəcə olaraq "sülh müqaviləsi" adlandırmağın düzgün olmadığını qeyd edib.
Səfirin fikrincə, belə mürəkkəb sənəd yaxın gələcək üçün əlaqələrin uzunmüddətli inkişafı üçün çərçivə və əsasları müəyyən etməlidir. 
"Bu, həqiqətən də, ikitərəfli münasibətlərin bütün əsas sahələrini tənzimləyən geniş miqyaslı mürəkkəb sənəddir", - deyə o əlavə edib və qeyd edib ki, təbii ki, Rusiyaya qarşı faktiki olaraq düşmənçilik siyasəti aparan bir ölkə ilə belə bir sənədin müzakirəsi mümkün deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31