İsrail Suriya və Livana hücumları dayandırmalıdır - ÖZƏL
3 Aprel 2024 12:12 DünyaOlaylar.az xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq bildirib ki, İsrail hakimiyyəti Livan və Suriyadakı hədəflərə hücumları dərhal dayandırmalıdır, belə hərəkətlər bütün Yaxın Şərq regionunun təhlükəsizliyinə təhlükə yaradır.
"İsrailin Livan və Suriyadakı hədəflərə tez-tez hücum etməsi iştirakçı ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün ciddi şəkildə pozulmasıdır və bu, regionda gərginliyi artırır. Bu cür təxribat xarakterli hərəkətlər böhranın genişlənməsinə səbəb ola bilər. Bu hərəkətlər dərhal dayandırılmalıdır", - o, İsrailin Suriyadakı İran diplomatik obyektlərinə zərbə endirməsi ilə bağlı Rusiyanın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31