Türkiyədə hərbçiləri daşıyan avtobus qəzaya düşdü - 16 yaralı

Türkiyənin Tekirdağ əyalətində işçiləri daşıyan servis maşını ilə hərbçiləri daşıyan avtobus toqquşub.

Olaylar.az xəbər verir ki, Ergene rayonunda baş verən qəza nəticəsində 16 nəfər yaralanıb. Onlardan 5-nin hərbçi olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları, xilasedicilər və polislər cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31