Rusiya XİN: "KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır"
3 Aprel 2024 10:55 DünyaMoskva və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) regionda vəziyyətin gərginləşməsi zamanı Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Zvezda" telekanalının efirində deyib.
O bildirib ki, İrəvan Qarabağla bağlı qərarlarını NATO-nun təsiri altında verib: "Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib".
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında yeni gərginlik İrəvanın Avropa İttifaqı, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməyə nə dərəcədə imkan verməsindən asılıdır. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31