Zaxarova: Ermənistan özünü dalana dirənmiş Avropa Birliyi ilə müqayisə edir
3 Aprel 2024 10:51 Dünya"Məni heyrətləndirən bilirsinizmi nədir? İrəvandakı indiki hakimiyyətin nümayəndələri niyə bu qədər ucuz tuturlar?! Nə üçün qədim erməni sivilizasiyasını - bağışlayın, Avropa demokratiyasından çox-çox əvvəl mövcud olmuş mədəniyyətlə, tarixlə, dövlətçiliyi ilə - indiki, əslində dalana dirənmiş Avropa Birliyi ilə müqayisə edirlər? Onlar Avropa demokratiyasından bəhs edəndə məhz bundan danışırlar".
"Ermənistan bir mədəniyyətdir, dövlət quruluşudur və bunlar minilliklərə gedib çıxan dövlətçiliyin əsaslarıdır. Onların min illik tarixi var", - Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31