Britaniyanın xarici işlər naziri NATO-nu Ukrayna üçün birgə sursat almağa çağıracaq

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron NATO xarici işlər nazirlərinin keçiriləcək iclasında Kiyev üçün silah və sursat istehsalı və alınması üçün birgə səylərə çağıracaq.

Olaylar-ın məlumatına görə, bu barədə nazirin mətbuat xidməti bildirib.

"Kemeron NATO-ya həmişəkindən daha yaxın olan Ukraynaya davamlı dəstəyin vacibliyini vurğulayacaq. O, NATO müttəfiqlərini Böyük Britaniyanın Ukrayna Silahlı Qüvvələri üçün NATO standartlarına uyğun raket və sursat almaq təşəbbüslərinə qoşulmağa çağıracaq", - deyə qeyd olunub.

Məlumata əsasən, nazir iclasda Böyük Britaniyanın Avstraliya, Yaponiya, Yeni Zelandiya və Koreya Respublikası da daxil olmaqla Hind-Sakit Okean regionu ölkələri ilə tərəfdaşlıq əlaqələrini, eləcə də Aİ ilə uzunmüddətli əlaqələrini dərinləşdirdiyi barədə məlumat verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31