Kiyevdən qərar: Cəfərova vəzifəsindən azad edildi
2 Aprel 2024 19:20 DünyaTatar əsilli Əminə Cəfərova (Emine Djaparova) Ukrayna xarici işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Olaylar.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna hökumətinin nümayəndəsi Taras Melnıçuk məlumat verib.
Onun sözlərinə görə, hökumətin bu gün keçirilən iclasında kadr məsələlərinə baxılıb və Cəfərovanın vəzifəsindən azad edilməsi ilə bağlı qərar qəbul olunub.
Əminə Cəfərova hazırda Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsidir.
Xanım diplomatı bu vəzifəyə Prezident Vladimir Zelenski fevralın 22-də təyin edib. Müvafiq fərman dövlət başçısının rəsmi saytında dərc olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31