Bayden “persona non grata” elan edildi

Macarıstanın Fundamental Hüquqlar Mərkəzi aprel ayında Budapeştdə keçiriləcək Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı (CPAC) üçün ABŞ Prezidenti Co Baydeni "persona non grata" elan edib.

Olaylar.az xəbər verir ki, bu barədə mərkəzin nümayəndələri "Facebook"da yazıblar.

"Macarıstanda CPAC qonaqları üçün əsas tələb səhnədə itməməkdir. Co Bayden minimum şərtləri yerinə yetirməyə hazır deyil", - deyə tədbir təşkilatçıları zarafatyana qeyd ediblər.

Onlar, həmçinin Baydenin şəklini qoyaraq, "persona non grata" sözlərini yazıblar.

Xatırladaq ki, martın 9-da Macarıstanın Baş naziri Viktor Orban Baydenin Ağ Ev rəhbəri postuna əsas rəqibi, ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşüb. Bundan sonra Macarıstan hökumətinin başçısı Trampın 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkisində qalib gəlməsinin bütün dünya üçün daha yaxşı olacağını bildirib. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31