İranın Dəməşqdəki konsulluğuna hücumda ölənlərin sayı artıb

Ötən gün İsrail HHQ-nin İranın Dəməşqdəki konsulluğuna hücumu nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Olaylar bu barədə İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, nəticədə İranın 7 hərbi məsləhətçisi və 6 Suriya vətəndaşı ölüb.

Bildirilir ki, indiyədək İranın hərbçiləri və 4 Suriya vətəndaşının cəsədi uçqunlar altından çıxarılıb, 2 cəsədin tapılaraq çıxarılması əməliyyatı davam etdirilir.

Qeyd edək ki, dünən yerli vaxtla saat 17:00 radələrində İsrail HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31