İstanbulda kafedə yanğın: 4 ölü, 12 yaralı

İstanbulun Şişli rayonunda 16 mərtəbəli binanın zirzəmisində yerləşən kafedə yanğın olub.

Olaylar bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Yanğın nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralananların vəziyyəti ağırdır.

Yanğının təmir zamanı səhnənin yanındakı partlayışdan sonra baş verdiyi qeyd olunub.

Hadisə yerinə yanğınsöndürmə, polis əməkdaşları və tibbi personal cəlb olunub. Yanğınsöndürmə və xilasetmə əməliyyatları davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31