Türkiyədə 200-dən çox narkotik ticarətçisi saxlanıdı
2 Aprel 2024 15:11 DünyaTürkiyənin 55 vilayətində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə keçirilən Narkoçelik əməliyyatı çərçivəsində 250 narkotik ticarətçisi saxlanılıb.
Olaylar.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, əməliyyat nəticəsində 1 ton 19 kq narkotik vasitə və 1 milyon 23 min narkotik həb ələ keçirilib.
Bundan əlavə, əməliyyatlarda 615 briqada, 1 542 şəxsi heyət və 35 narkotik axtarış iti iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31