İsveçdə Qurani-Kərimi yandıran Salvan Momika ölü tapıldı
2 Aprel 2024 14:38 Dünyaİsveçdə bir neçə dəfə Qurani-Kərim kitabını xalqın gözü qarşısında yandıran iraqlı qaçqın Salvan Momika Norveçdə ölü tapılıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Economic Times" nəşrində məlumat verilib.
Məlumata görə, iraqlı qaçqın və Quran tənqidçisi Salvan Sabah Matti Momika daha əvvəl İsveçin deportasiya əmrindən sonra Norveçdən sığınacaq istəyib.
Momikanın hərəkətləri qlobal səviyyədə hiddət doğurub və İsveçin NATO-ya daxil olmasını gecikdirib. O, ölkədən getməsinin səbəbi kimi, İsveç hakimiyyət orqanlarının onu təqib etdiklərini deyib.
"Momikanın ölümü, söz azadlığı və sığınacaq hüquqları ilə bağlı beynəlxalq müzakirələrə səbəb olan mübahisəli fiqurun sonu deməkdir", - deyə nəşr yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31