İrandan ABŞ-yə hücumla bağlı SƏRT MESAJ: "Məsuliyyəti öz üstünə götürməlidir"

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsrailin Dəməşqdəki İran konsulluğuna hücumundan sonra ABŞ-ni günahlandırıb.

Olaylar.az "Tasnim"ə istinadən xəbər verir ki,  Abdullahiyan "X" platformasında verdiyi açıqlamada bildirib:

"Bu çağırışda terror hücumunun və İsrailin törətdiyi cinayətin ölçüləri aydınlaşdırılıb, hadisədə ABŞ hökumətinin məsuliyyəti vurğulanıb".

Abdullahiyan sözlərini belə davam etdirib: "Sionist varlığın tərəfdarı olaraq ABŞ hökumətinə mühüm mesaj göndərilib. ABŞ məsuliyyəti öz üstünə götürməlidir".

İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, SEPAH-ın Suriya və Livandakı Qüds qüvvələrinin komandanı, briqada generalı Məhəmməd Rza Zahidi, onun müavini Məhəmməd Hadi Rəhimi və onları müşayiət edən 5 məmur dünən İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu nəticəsində həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31