İsrail: Dəməşqdə vurulan bina konsulluq deyil!
2 Aprel 2024 12:40 Dünyaİsrail İranın Suriyadakı konsulluğuna hücum etməyib.
Olaylar xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Bildirilib ki, Təl-Əviv Dəməşqdə hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir.
Qeyd olunur ki, zərbə SEPAH-ın Qüds briqadasının istifadə etdiyi hərbi hədəfə endirilib.
Xatırladaq ki, İran səfirliyinin yanındakı binaya (İran konsulluğunun binası olduğu bildirilir) endirilən zərbə nəticəsində SEPAH-ın iki generalı və 5 zabiti ölüb. Eyni zamanda iranlı diplomatların da öldüyü bildirilir. Buna baxmayaraq, ölən SEPAH zabitlərinin adı açıqlansa da, diplomatlar haqda heç bir bilgi yoxdur. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31