İsrailin hücumu cavabsız qalmayacaq - İran prezidenti

İsrail HHQ-nin İranın Dəməşqdəki konsulluğuna qarşı hücumu cavabsız qalmayacaq.

Olaylar-ın məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi sözügedən hücumla əlaqədar etdiyi müraciətdə bildirib.

İ.Rəisinin sözlərinə görə, İsrailin Dəməşqdə İran konsulluğuna hücumu beynəlxalq qaydaların açıq-aşkar pozulmasıdır.

İran prezidenti İsrailin bu hücumla öz məqsədlərinə çata bilməyəcəyini deyib.

Qeyd edək ki, dünən yerli vaxtla saat 17:00 radələrində İsrail HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində azı 11 nəfər, o cümlədən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31