Hakan Fidan NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-ya üzv ölkələrin xarici işlər nazirlərininn 3-4 aprel tarixlərində Brüsseldə keçiriləcək iclasında iştirak edəcək.

Olaylar Türkiyə KİV-ə istinadən xəbər verir ki, iclasın gündəliyinə terrorla mübarizə və Ukraynada baş verən hadisələr daxil olacaq.

Bundan başqa, İsveç və Finlandiyanın NATO-ya üzv olmasından sonra təşkilatın hazırkı vəziyyəti və Vaşinqton Sammitinə hazırlıq müzakirə olunacaq.

Qeyd edək ki, NATO XİN rəhbərlərinin iclası 3-4 aprel tarixlərində Brüsseldəki NATO qərargahında keçiriləcək.

İclasa NATO-nun baş katibi Yens Stoltenberqin sədrlik edəcəyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31