BMT Təhlükəsizlik Şurasının İsrailin hücumu ilə bağlı iclası keçiriləcək — ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, BMT Təhlükəsizlik Şurası aprelin 2-də İsrailin Suriyadakı İran diplomatik obyektinə endirdiyi zərbə ilə bağlı Rusiyanın tələbi ilə açıq iclas keçirəcək.
"İsrailin bu gün Dəməşqdəki İran konsulluğuna hava hücumundan sonra iranlılar bu hərəkəti pisləmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət ediblər. Onların məktubundan sonra biz BMT Təhlükəsizlik Şurasının açıq brifinqini tələb etdik", - deyə, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31