ABŞ Ukraynanın azı bir hissəsinə anti-Rusiya ərazisi kimi lazımdır - ÖZƏL
2 Aprel 2024 11:42 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib ki, Ukraynanın demilitarizasiya məqsədi aktual olaraq qalır, çünki münaqişədə faktiki iştirak edən ABŞ və NATO bu ölkəyə nəzarət edilən anti-Rusiya ərazisi kimi baxır.
"ABŞ və NATO-nun planlarına Ukraynanın və ya onun ən azı bir hissəsinin tamamilə nəzarətdə olan, tamamilə Şimali Atlantika blokunun maraqlarına xidmət edəcək şəkildə formalaşmış anti-Rusiya ərazisi kimi saxlanılması daxildir", - Patruşev bildirib.
"Şimali Atlantika alyansı faktiki olaraq Ukrayna münaqişəsinin tərəfidir. Bu baxımdan, Ukraynanın demilitarizasiya məqsədi aktual olaraq qalır", - o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31